BAKI-SUMQAYIT YOLUNDA YÜK MAŞINI AVTOMOBİLİN ÜZƏRİNƏ AŞIB
Abşeron rayonu Masazır qəsəbəsi ərazisindən keçən hissəsində iritonnajlı yük avtomobilinin (TIR) aşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, bu gün günorta saatlarında baş vermiş qəza Bakı-Sumqayıt yolunun Masazırdan keçən hissəsində ciddi tıxacın yaranmasına səbəb olub.
Yolda hərəkətdə olan TIR minik avtomobilin üzərinə aşıb. Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşlarıvə FHN əməkdaşları cəlb olunublar.
