AZƏRBAYCANLILARIN ƏCNƏBİLƏRLƏ BAĞLADIĞI 4447 NİKAH POZULUB
Azərbaycan vətəndaşlarının əcnəbilərlə qurduğu ailələr və belə nikahların sonrakı taleyi hər zaman ictimai maraq doğurub.
“AvazMedia” “Modern.az”a istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycan vətəndaşlarının əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə həmin, yaxud əvvəlki illərdə bağladığı 1784 nikah pozulub.
Belə boşanmaların sayı 2025-ci ildə 1629, 2026-cı ilin ilk səkkiz ayında isə 1034 olub.
Boşanılan nikahlardakı əcnəbi tərəflər əsasən Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır.
Beləliklə, son iki il səkkiz ay ərzində Azərbaycan vətəndaşlarının əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağladığı ümumilikdə 4447 nikahın pozulduğu rəsmiləşdirilib.
