AZƏRBAYCAN PREMYER LİQASI IV TURA BU GÜN START VERƏCƏK
Misli Premyer Liqasında IV tura bu gün start veriləcək.İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.Əvvəlcə “Qəbələ” evdə “İmişli” ilə üz-üzə gələcək. Qonaqlar 4 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 10-cu pillədə qərarlaşan meydan sahibləri 1 xala malikdir.Günün son matçında “Kəpəz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Gəncə təmsilçisi 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 2 xalı olan “Şamaxı” doqquzuncudur.Misli Premyer LiqasıI dövrə, IV tur4 sentyabr18:00. “Qəbələ” – “İmişli”Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.VAR: Rəşad Əhmədov.AVAR: Eyyub İbrahimov.Hakim-inspektor: İmanxan Sultani.AFFA nümayəndəsi: Azər Əsgərov.Qəbələ şəhər stadionu20:15. “Kəpəz” – “Şamaxı”Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.VAR: Nicat İsmayıllı.AVAR: Teymur Teymurov.Hakim-inspektor: Əmrah İbrahimov.AFFA nümayəndəsi: Elman Musayev.Gəncə şəhər stadionuQeyd edək ki, IV tura sentyabrın 6-da yekun vurulacaq.
