SİRKƏ TURŞUSU İÇƏN 17 YAŞLI TƏLƏBƏ QIZ ÖLÜB
Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib.Rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib.Yaxınları onun vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya çatdırmağa çalışsalar da, Aysu yolda vəfat edib.Məlumata görə, Aysu Ocaqova Ağdam Dövlət Sosial-İqtisadi Kollecində poçt rabitəsi ixtisası üzrə təhsil alırmış.Faktla bağlı araşdırma aparılır.
