XARİCDƏ İŞ VƏDİ İLƏ DƏLƏDUZLUQ EDƏN ŞƏXSİN İSTİNTAQI BAŞA ÇATIB
Xaricdə iş vədi ilə çoxlu sayda insanı aldadaraq pullarını mənimsəyən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Tural Abbasov barəsində aparılan istintaq başa çatıb. Məlum olub ki, o, özünü turizm şirkətinin rəhbəri kimi təqdim edib VƏ insanlara xaridcə iş düzəldəcəyini vəd edərək onların külli miqdarda pulunu mənimsəyib.Həmçinin, saxta sənədlərdən istifadə edib.
Toplanan sübutlar əsasında ona dələduzluq və saxta sənəd hazırlama maddələri ilə ittiham verilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Vətəndaşlara dəymiş maddi ziyanın qismən ödənilməsi təmin olunub.Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
