“SƏDA” TV-NİN RƏHBƏRİ ELNUR ŞÜKÜROV HƏBS EDİLİB
“Səda” TV-nin rəhbəri Elnur Şükürov saxlanılıb.Avazmedia xəbər verir ki, Elnur Şükürov barəsində daxil olan şikayət əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.Ona Cinayət Məcəlləsinin 221.2-ci (ağırlaşdırıcı hallarda xuliqanlıq) və 188.1-ci (torpaq sahəsini özbaşına tutma) maddələri ilə ittiham irəli sürülüb.Qeyd edək ki, Elnur Şükürov bir neçə il əvvəl rüşvət alma və dələduzluq cinayətlərində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən il azadlığa çıxıb.
