ŞƏKİDƏ DƏHŞƏTLİ QƏZA: İSTİRAHƏT MƏRKƏZİNDƏ KANAT TROS QIRILDI — 2 NƏFƏR FACİƏVİ ŞƏKİLDƏ HƏYATINI İTİRDİ
Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində ağır bədbəxt hadisə baş verib. Kanatın trosunun qırılması nəticəsində 2 nəfər yüksəklikdən yıxılaraq faciəvi şəkildə həyatını itirib.Sentyabrın 8-i saat 14:50 radələrində əraziyə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən hər iki şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Həyatını itirənlərdən birinin Bakıdan Şəkiyə istirahətə gələn Qax rayonunun Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov olduğu bildirilir.Faktla bağlı Şəki Rayon Prokurorluğunda genişmiqyaslı araşdırma aparılır.
