ZƏRDABDA DƏHŞƏT: TRAKTORLA TOQQUŞAN AUTOMOBİL YANDI — 5 ÖLÜ, 1 YARALI
Zərdab-Ağcabədi avtomobil yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Gecə saatlarında “KIA” markalı minik avtomobilinin traktorla toqquşması nəticəsində nəqliyyat vasitəsində anidən yanğın alovlanıb. Hadisə zamanı avtomobildə olan 5 nəfər yanaraq faciəvi şəkildə həyatını itirib, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Qəza zamanı dünyasını dəyişənlər minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Kərimovadır. Hadisə nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Reyhan Məhəmmədova isə xəstəxanaya yerləşdirilib.Faktla bağlı hüquq-muhafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
