MESSİ İSPANIYANIN “ELDENSE” KLUBUNU ALMAQ BARƏDƏ RAZILIĞA GƏLİB
Argentinalı futbolçu Lionel Messi İspaniyanın “Eldense” klubunu almaq barədə prinsipial razılığa gəlib.O,”İnter Mayami”nin hücumçusu və kapitanı klubun hazırkı sahibləri ilə razılığa gəlib və üçüncü tərəflərin iştirakı olmadan səhmlərin 100%-ni əldə edəcək.Bildirilib ki, bu qərar argentinalının futboldakı irsini investisiya etməklə davam etdirmək istəyi ilə bağlıdır.İspaniya çempionatının ikinci ən güclü divizionunda çıxış edən klub Alikante vilayətində, Kataloniyadan çox da uzaq olmayan ərazidə yerləşir. Messi peşəkar karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.Qeyd edək ki, aprel ayında 39 yaşlı Messinin Kataloniyada yerləşən “Kornelya” klubunun sahibi olduğu məlum olub.
