KAFEDƏN PUL VƏ TELEFONLAR OĞURLADI, 5 MOTOSİKLƏT SATDI
Hacıqabul rayonunda yerləşən kafelərin birindən pul və 3 ədəd mobil telefon oğurlanması, eləcə də yanacaq doldurma məntəqələrinin birindən oğurluğa cəhd edilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Nəriman Vəlizadə saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxsin Bakı şəhəri ərazisindən 5 ədəd motosiklet oğurlayaq satması da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, N.Vəlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
