BU ŞƏXSLƏR UNİVERSİTETİ BİTİRSƏ DƏ 18 AY XİDMƏT EDƏCƏK
Xaricdə ali təhsil alan Azərbaycan vətəndaşlarının hərbi xidmət müddəti diplomun Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən rəsmi tanınmasından (nostrifikasiyasından) birbaşa asılıdır. Əgər diplom tanınarsa, hərbi xidmət müddəti 1 il, tanınmazsa və ya vaxtında müraciət edilməzsə, şəxs ali təhsilsiz hesab olunaraq ümumi əsaslarla 1 il 6 ay müddətinə çağırılır. Təhsil müddəti bitdikdən sonra verilən möhlət hüququ ləğv edilir və 1 illik xidmət imtiyazından yararlanmaq üçün diplomun tanınması haqqında şəhadətnamə hərbi komissarlığa mütləq vaxtında təqdim olunmalıdır.
