ŞƏMKİRDƏ 13 İL ƏVVƏL TÖRƏDİLMİŞ QƏTLİN ÜSTÜ AÇILIB
DİN və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına görə, 2013-cü il avqustun 5-də Şəmkir şəhəri Səməd Vurğun küçəsində yaşayan 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Hadisə baş verən zaman 46 yaşı olan mərhumun 1 övladı olub. Qonşuları onu sakit və yaxşı insan kimi xarakterizə ediblər.
Araşdırma nəticəsində məlum olub ki, qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü (hadisə vaxtı 24 yaşı olub) Şəmkir sakini Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Şübhəli şəxsin qonşuları onun sakit təbiətli, fəhləliklə məşğul olan biri olduğunu və baş verənlərə inana bilmədiklərini bildiriblər. Mərhumun yaxınları isə istintaq gedəcəyi üçün hələlik danışmaq istəmədiklərini qeyd ediblər.
Hazırda faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ibtidai istintaq davam etdirilir.
