LƏNKƏRANDA TANIŞLARI TƏRƏFİNDƏN DÖYÜLƏN YENİYETMƏNİN VƏZİYYƏT AĞIRDI
Dünən Lənkəranın Kərgəlan kəndində tanışları tərəfindən döyülərək xəstəxanaya yerləşdirilən 2010-cu il təvəllüdlü yeniyetmənin vəziyyəti ağırdır.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, 2010-cu il təvəllüdlü E.İbadov dünən saat 23:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
“Ona dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, alının sağ payında yumşaq toxuma şişkinliyi və komatoz vəziyyət diaqnozları qoyulub. Yaralıya zəruri tibbi xidmətlər göstərilib və vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Yeniyetmə süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, dünən Lənkəranın Kərgəlan kəndindəki yanacaqdoldurma məntəqələrinin birinin həyətində 2010-cu il təvəllüdlü E.İ. tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülüb. Hadisə zamanı onlardan biri E.İ.-ni vuraraq başıüstə yerə çırpıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs (İ.B.) isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
