“SABAH”IN MÜDAFİƏÇİSİ MİLLİNİN HEYƏTİNDƏN ÇIXARILDI
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
AvazMedia AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.
Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
