NARDARAN SAĞLAMLIQ MƏRKƏZİNİN BAŞ HƏKİMİ İŞDƏN ÇIXARILDI
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub.
AvazMedia Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb.
BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindəki fəaliyyətinə görə minnətdarlığını bildirib və o, təşəkkürnamə ilə təltif edilib
