GƏNCƏDƏ DƏHŞƏTLİ ZƏNCİRVARİ QƏZA: AİLƏ ÜZVLƏRİ VƏ PİYADA DAYANACAQDA YARALANDI
Gəncə 3 avtomobillin iştirak ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.Belə ki hərəkətdə olan “Chevrolet Trax” ilə “Opel markalı minik maşınları toqquşub.Qəza zamanı “Opel ” zərbənin təsirindən avtobus dayanacağına və yol kənarında dayan daha bir “Chevrolet Cruze “a çırpılıb.Nəticədə “dayancaqda avtobus gözləyən piyada 1982-cı il Ramin İbrahimov,Opel-in sürücüsü 1969-cu il təvəllüdlü Faxrəddin Əsgərov onun həyat yoldaşı 1977-ci il təvəllüdlü Samirə Bağırova və Opel-in sürücünün anası 1944-cü il təvəllüdlü Dilbər Əsgərova xəsarət alıb.Yaralılar dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanasına yerləşdirilib.Onlara yardım edilib,hazırda xəsarət alanların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
İlkin etimalara görə qəzaya səbəb avtomobilərdən biri digərinin yoluna çıxıb.Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.
