BAKIDA TULLANTILAR TİNGLƏRLƏ DƏYİŞDİRİLƏCƏK
Oktyabrın 27-də Bakının Ramana qəsəbəsində “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.Aksiya çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulkalar, ümumi tutumu 5 litr olan şüşə butulka və bankalar, yaxud 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.Tədbir saat 15:00-da Yeni Ramana Şuşa qəsəbəsində, Şuşa Malıbəyli yolu küçəsində yerləşən “Araz superstore”un qarşısında keçiriləcək.
