ERMƏNİSTANA KEÇƏN AZƏRBAYCANLI ÇOBAN GERİ QAYTARILIB
Yolu azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı çoban Yaşar Əli oğlu Qasımov Azərbaycana qaytarılıb.Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.Bildirilib ki, Qasımov oktyabrın 24-də Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib.Qeyd edək ki, 1968-ci il təvəllüdlü Yaşar Qasımov Tovuz rayonunun Qoşa kəndinin sakinidir. O, oktyabrın 19-da saat 17:50 radələrində Ermənistanın Tavuş vilayətində aşkarlanıb.
