BƏXTİYAR DALİ MÜĞƏNNİYƏ TƏCAVÜZ CƏHDİNƏ GÖRƏ HƏBS EDİLDİ – TƏFƏRRÜATLAR AÇIQLANDI
Novxanı qəsəbəsindəki milyonluq dəbdəbəli imarəti ilə tanınan 66 yaşlı Bəxtiyar Dali (Qaraşov) müğənniyə qarşı zorlamağa cəhd ittihamı ilə həbs olunub.Hadisə bu ilin iyul ayında Sumqayıt şəhərində yerləşən hotel-restoranların birində baş verib. İstintaqın materiallarına əsasən, Bəxtiyar Qaraşov iki dostu ilə birlikdə istirahət edərkən obyektə xanım müğənnilər sifariş ediblər.Məclis zamanı B. Dali xanımlardan birindən oriyental rəqs etməsini tələb edib. Rəqs etmə bacarığının olmadığını bildirən gənc müğənni təzyiqlə üzləşib və daha sonra ona pul qarşılığında cinsi əlaqə təklif olunub. Təklifi rədd edən qadın, digər dost otaqdan yola salındıqdan sonra Bəxtiyar Dali və onun qalan dostu tərəfindən zorlanma təhlükəsi ilə üz-üzə qalıb.Müğənninin qışqırış səslərinə hotelin sahibi və işçilər gəliblər. Onlar qapını qıraraq qadını xilas ediblər və dərhal polisə məlumat veriblər. Bəxtiyar Dali hadisə yerində sərxoş halda saxlanılıb, qaçmağa müvəffəq olan dostu isə polis əməkdaşlarının keçirdiyi əməliyyatla tutularaq istintaqa təhvil verilib.Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Prokurorluq tərəfindən Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29, 149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb. Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
