8-9 NOYABR “ASAN XİDMƏT” İŞLƏMƏYƏCƏK
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır.Noyabrın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
