ABŞ-DƏ TƏYYARƏ QƏZASINDA 9 NƏFƏR ÖLÜB
ABŞ-də Florida ştatının Qrinakres şəhərində “Learjet” biznes-jetinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub. AvazMedia xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi “X” sosial şəbəkəsində yazıb.Nazirin sözlərinə görə, təyyarə Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına istiqamət alıb. Göyərtədə olan 9 nəfərin hamısı həlak olub.ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Nəqliyyat Nazirliyi ilə birgə aviaqəzanın səbəblərini araşdırır.Bununla yanaşı, hadisə zamanı yerdə olan şəxslər arasında ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.
