ABŞ ORDUSU HÖRMÜZ BOĞAZINDA BİR GECƏDƏ 28 GƏMİNİ MƏHV EDİB
ABŞ hərbçiləri sentyabrın 1-nə keçən gecə Hörmüz boğazında 28 gəmini məhv edib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Lt. Dan” podkastının müəllifi Den Patrikə müsahibəsində bildirib.
“İran heç vaxt nüvə silahı əldə etməyəcək. Hazırda biz Hörmüz boğazına nəzarət edirik. Ötən gecə biz 28 gəmini məhv etdik. Onlar (İran – red.) heç nə əldə etmirlər, biz isə gəmiləri məhv edirik”, – ABŞ lideri deyib.
Qeyd edək ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazındakı İran obyektlərinə kütləvi zərbələr endirib. SEPAH isə İranın Yaxın Şərqdəki ABŞ bazalarına cavab zərbələri endirdiyini bildirib.
