AZAL-IN KEÇMİŞ RƏHBƏRİNİN QIZI NYU-YORKDA 7.5 MİLYONLUQ ƏMLAK ALDI
AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət Əsgərova Nyu-Yorkun Manhetten rayonunun prestijli “Chelsea Arts Tower” göydələnində 7,5 milyon dollara 434 kvadratmetrlik lüks kommersiya əmlakı satın alıb. İyunun 30-da rəsmiləşən alqı-satqı “MRCRI Prop” şirkəti vasitəsilə həyata keçirilib. Əvvəllər “Marlborough Gallery”nin baş qərargahı olmuş və ilkin qiyməti 10,9 milyon dollar olan bu obyekt endirimlə əldə edilib. Yüksək tavanlı və teraslı bu mülkün “Gazelli Art House” qalereyasının Nyu-York filialı kimi istifadə olunacağı bildirilir.
