AZƏRBAYCAN VƏTƏNDAŞLARINI TALAYAN KİBERŞƏBƏKƏ KİYEVDƏ BELƏ ÇÖKDÜRÜLDÜ
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Ukrayna polisinin keçirdiyi birgə əməliyyat nəticəsində Azərbaycan vətəndaşlarının bank kartlarındakı pulları mənimsəyən mütəşəkkil kibercinayətkar qrup ifşa olunub.Kiyev şəhərində müxtəlif ünvanlarda fəaliyyət göstərən və gizli “Call center” şəbəkəsi yaradan dəstə üzvləri əməliyyatla saxlanılaraq ölkəyə gətirilib.Aparılan araşdırmalar zamanı məlum olub ki, kibercinayətkarlar vətəndaşların etibarından sui-istifadə etmək üçün özlərini hüquq-mühafizə orqanlarının, eləcə də müxtəlif bank və maliyyə qurumlarının nümayəndələri kimi təqdim ediblər. Onlar bu üsulla insanların kart hesablarındakı külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.DİN-in bu uğurlu əməliyyatla bağlı yaxın saatlarda daha ətraflı və geniş məlumat yayacağı gözlənilir.
