AZƏRBAYCANLA QIRĞIZISTAN ARASINDA MÜTTƏFİQLİK TƏSTİQLƏNDİ
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunub.
Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Müqavilə 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən imzalanıb.
