AZƏRBAYCANLI MƏŞHUR REPER QAZAXISTANDA HƏBS OLUNUB
Azərbaycan əsilli rusiyalı reper Nəvai Bəkirov (“Navai”) Qazaxıstanda narkotik maddələrin qaçaqmalçılığı işi ilə əlaqədar saxlanılıb. Sənətçi barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Hadisə reperin “Korday” sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olarkən baş verib. Sərhədçilər tərəfindən saxlanılan avtomobil xidməti itin köməyi ilə yoxlanılıb və salonundan 2,5 qram marixuana aşkar edilib.”Mash” teleqram kanalının məlumatına görə, Bəkirovla birlikdə avtomobildə olan digər iki nəfər də saxlanılıb. Hazırda hüquq-mühafizə orqanları qadağan olunmuş maddənin əslində kimə məxsus olduğunu araşdırır.Əgər reperin təqsiri məhkəmədə sübuta yetirilərsə, onu 7 il müddətinə avtomobil idarə etmək hüququndan məhrumetmə və 15 sutkaədək inzibati həbs cəzası gözləyir.
