BAKIDA 25 İL ƏVVƏL TÖRƏDİLMİŞ QƏTLİN ÜSTÜ AÇILIB
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb. Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən edilib.Qətli törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
