BAKIDA KAFEDƏ CEYHUNU BIÇAQLAYARAQ ÖLDÜRƏN DEPUTAT ARZUXAN ƏLİZADƏNİN OĞLUDUR
Bakıda ölümlə nəticələnən kütləvi davanın təfərrüatları məlum olub. Hadisə zamanı Ceyhunu bıçaqlayaraq qətlə yetirən şəxsin Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadənin oğlu Əhməd olduğu üzə çıxıb.
Məlumata görə, kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınan Əhməd Əlizadənin bu, ilk əməli deyil. O, bundan əvvəl də bir neçə dəfə müxtəlif kriminal hadisələrdə hallanıb. Cinayəti törөtdükdən sonra isə polisə könüllü təslim olub.
Maraqlıdır ki, deputatın digər oğlu Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Qardaşların fərqli yollarda olması isə işin digər tərəfidir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb və hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
