BAKIDA MƏKTƏB MÜHAFİZƏÇİSİNƏ HÜCUM EDİLİB, BAŞI YARILIB
Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. AvazMedia Trend-ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.Xatırladaq ki, faktla bağlı araşdırma aparılır.
