“BİZƏ İNSANLARI NECƏ ALDATMAĞIN DƏRSLƏRİNİ KEÇİRDİLƏR” – UKRAYINADA TUTULAN AZƏRBAYCANLI KİBERDƏLƏDUZ ETİRAF ETDİ
“Bizə insanları necə aldatmağın dərslərini keçirdilər” – Ukraynada tutulan azərbaycanlı kiberdələduz etiraf etdiUkraynada hüquq-mühafizə orqanları ilə birgə keçirilən əməliyyatla saxlanılaraq Azərbaycana gətirilən beynəlxalq kiberdələduzluq şəbəkəsinin təşkilatçılarından biri Murad Ağayev maraqlı etirafları ilə diqqət çəkib. DİN-in məlumatına görə, hüquq-mühafizə əməkdaşları adı ilə vətəndaşlarımızı aldadaraq pullarını mənimsəyən bu qrupun fəaliyyəti Ukraynanın müxtəlif şəhərlərində xidmət ofisləri adı altında gizlənən “Call Center”lər vasitəsilə qurulub. Cinayətkarlar “Telegram”da yüksək maaşlı iş elanları ilə vətəndaşlarımızı tora salıblar. Lakin məsələninn ən sarsıdıcı və əsas tərəfi elə saxlanılan şəxsin öz dilindən səslənən etirafıdır: “Bizə insanları necə aldatmağın dərslərini keçirdilər”. Ölkə vətəndaşlarını hədəfə alan bu mütəşəkkil kiberşəbəkənin ifşası istiqamətində tədbirlər davam etdirilir.
