DƏMİR YOLU SƏRNİŞİNLƏRİ 18 % ARTIB
2026-cı ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 7,3 milyondan çox sərnişin daşınıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları”ndan xəbər verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.
Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon sərnişin səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə
17 % arım deməkdir.
Rayonlararası marşrutlarla isə 396 min sərnişin səfərə çıxıb. Burda isə 15 % artım qeydə alınıb.
Yanvar-avqust aylarında beynəlxalq Bakı-Tiflis-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.
Bu ilin avqust ayında isə ümumi sərnişindaşımada 913 mindən çox və ya 24 % artım qeydə alınıb
