ƏFQANISTANDA 5,2 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB
Əfqanıstanın Hinduquş dağlarında 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Məlumata görə, zəlzələnin episentri təxminən 161 min nəfərin yaşadığı Kunduz şəhərindən 206 kilometr şərqdə, ocağı isə 104 kilometr dərinlikdə yerləşib.Tələfat və dağıntılar barədə məlumat verilməyib.
