FHN-dən xəbərdarlıq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 30-dək ölkə ərazisində güclü külək əsəcəyi, separat yerlərdə intensiv yağış yağacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
Gözlənilən təhlükəli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:

- Güclü küləkdən qorunmaq üçün: Yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən, habelə hündür ağacların altından uzaq durun.
- Dənizdə və çimərliklərdə: Güclü küləkli havada dənizə girmək həyati təhlükə daşıyır. Kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmaq qətiyyən tövsiyə edilmir.
- Sel və daşqın təhlükəsinə qarşı: Çaylarda yarana biləcək sel riskinə qarşı təhlükəli ərazilərdən uzaq durun. Sel təhlükəsi yarandıqda dərhal yaxınlıqdakı yüksəkliyə qalxın.
- İldırım çaxması zamanı: Məişət elektrik cihazlarını şəbəkədən ayırın və telefonla danışmayın. Açıq havada olarkən elektrik xətlərinə, navalçalara və hündür ağaclara yaxınlaşmayın. Avtomobildəsinizsə, nəqliyyat vasitəsini təhlükəsiz yerdə saxlayaraq şüşələri qaldırın və ildırımın bitməsini gözləyin.
