GÖYGÖLDƏ EVİNDƏ MEYİTİ TAPILAN KİŞİNİN ÖLÜM SƏBƏBİ BƏLLİ OLUB
Göygöl rayonunda yaşlı kişinin evindən meyitinin tapılması ilə nəticələnən bədbəxt hadisənin təfərrüatları məlum olub.
Rayonun Balçılı kənd sakini, 1964-cü il təvəllüdlü İntiqam Musayev yaşadığı evdə ehtiyatsızlıqdan pilləkəndən yıxılıb. O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
