Pakistanın paytaxtı İslamabadın baş xəstəxanasında faciə yaşanıb. Doğum şöbəsində kondisionerin müəmmalı şəkildə partlaması qısa müddətdə dəhşətli yanğına səbəb olub.

Oksigen balonlarının alovlanması nəticəsində palatanı bürüyən atəş saniyələr içində 14 yenidoğulmuş körpənin həyatına son qoyub. Şöbədəki 15 körpədən yalnız birini həkimlər moizəvi şəkildə xilas edə biliblər.
Ölkədə böyük rezonans doğuran faciədən sonra Baş nazir dərhal xüsusi istintaq əmri verib.
