İSTANBULDA MƏKTƏBDƏ DƏHƏT: 5 QIZ ŞAGİRD BIÇAQLANIB
İstanbulun Başakşehir rayonundakı Şeyx Şamil İmam Hatip Orta Məktəbində dəhşət yaşanıb.
AvazMedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, şagirdin bıçaqlı hücumu nəticəsində beş qız şagird yaralanıb. Hadisə yerinə tibbi briqadalar göndərilib və yaralı şagirdlər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisəni törədən məktəbli saxlanılıb.
