İstanbulda tramvaylar toqquşub, 9 nəfər xəsarət alıb
Türkiyənin İstanbul vilayətinin Zeytinburnu rayonunda iki tramvayın toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.
Bu barədə “Anadolu Ajansı” məlumat yayıb.
Məlumata görə, xəsarət alan 9 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra onlar xəstəxanaya çatdırılıb.
Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır
