KEYFİYYƏTSİZ UCUZ QİDALAR BAZARDAN ÇIXARILIR, QİYMƏTLƏR ARTA BİLƏR…
Azərbaycanda 2027–2032-ci illəri əhatə edən yeni Dövlət Proqramı qida təhlükəsizliyini gücləndirmək, riskləri müəyyənləşdirmək və nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi daşıyır. Deputat Razi Nurullayev bildirib ki, nəzarət məhsulun mənşəyinə deyil, birbaşa risk dərəcəsinə (ət, süd, balıq, yumurta, pestisidli bitkiçilik məhsulları) əsaslanmalı, onlayn satışda isə temperatur və etiketlənmə kimi qaydalar sərtləşdirilməlidir. İqtisadçı Xalid Kərimli qeyd edib ki, yeni prosedurlar ilkin mərhələdə sahibkarlara müəyyən xərclər yaratsa və keyfiyyətsiz ucuz məhsulların bazardan çıxarılması səbəbindən qısamüddətli qiymət dəyişikliklərinə səbəb ola bilsə də, əsas hədəf cəzalandırmaq deyil, vətəndaşların sağlamlığını və istehlakçı hüquqlarını qorumaqdır.
