LEYSAN MƏMMƏDOV VƏZİFƏDƏN AZAD EDİLDİ
Maliyyə Nazirliyinin yoxlamalarından sonra şok kənarlaşdırma: Leysan Məmmədov işdən azad edildi Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən kənarlaşdırılıb. Bu qərar Maliyyə Nazirliyinin qurumda apardığı hərtərəfli audit yoxlamalarının dərhal ardından verilib. Qeyd edək ki, L.Məmmədov cəmi bir il əvvəl — ötən ilin yanvarında bu məsuliyyətli posta təyin olunmuşdu.Karyerası boyunca müxtəlif rəhbər strukturlarda çalışan L.Məmmədovun adı bundan əvvəl də qısamüddətli vəzifə dəyişiklikləri ilə gündəmə gəlib. O, 2006–2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə rəhbərlik edib, daha sonra Minatəmizləmə Agentliyində Aparat rəhbəri və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini postlarında çalışsa da, sonuncu vəzifəsindən də az vaxt sonra kənarlaşdırılmışdı.
