MASAZIRDA YAŞAYIŞ KOMPLEKSİNİN HƏYƏTİNDƏ 3 AVTOMOBİL KÜLƏ DÖNÜB
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksinin həyətində park edilən avtomobillərdə yanğın baş verib. Hadisə axşam saatlarında həyətdəki maşınlardan birinin alovlanması və yanğının digər avtomobillərə keçməsi nəticəsində meydana gəlib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri tamamilə, “Renault” markalı minik avtomobili isə qismən yanıb. Yüksək temperaturun təsirindən yaxınlıqdakı “Baic” markalı minik avtomobilinin də arxa işığı qismən əriyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
