MAŞTAĞA QƏSƏBƏSİNDƏ TƏMİR İŞLƏRİNƏ BAŞLANILACAQ
21 sentyabr saat 09:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində, Baloğlan Bağırov küçəsinin Məhəmmədəli Şəfai küçəsi ilə kəsişməsindən Səyyarə Zeynalova küçəsinə qədər olan hissəsində təmir işlərinə başlanılacaq.
Bu barədə AAYDA məlumat yayıb.
Təmir işlərinin gedişindən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə mümkün sıxlığın qarşısının alınması məqsədilə əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.
