MƏKTƏBDƏ DƏHŞƏTLİ İNTİHAR: HADİSƏNİ İŞIQLANDIRMAĞA GEDƏN REAL TV-NİN ƏMƏKDAŞI DÖYÜLDÜ
Bakının Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbdə baş verən faciəvi intihar olayını işıqlandırmağa gələn media nümayəndələrinə qarşı fiziki təzyiq və zorakılıq olub.
Hadisə yerində peşə borcunu yerinə yetirən “Real TV”nin əməkdaşı məktəbin qarşısında və ya ərazidə çəkiliş apararkən hücuma və fiziki təzyurə məruz qalıb. Bəzi şəxslər jurnalistin fəaliyyətinə mane olmağa çalışıb, ona qarşı kobudluq edərək xəsarət yetiriblər.
Qeyd etmək lazımdır ki, bu cür həssas və faciəli olayları obyektiv şəkildə ictimaiyyətə çatdırmağa çalışan media əməkdaşlarına qarşı bu cür aqressiv münasibət və hücumlar yolverilməzdir. Hadisəni törədən, jurnalistə fiziki güc tətbiq edən şəxslərin hər hansı bir media qurumu və ya jurnalistika etikası ilə əlaqəsi yoxdur – onlar sadəcə peşə fəaliyyətini həyata keçirən media nümayəndəsinin qanuni işinə mane olan kənar şəxslərdir.
Faktla bağlı araşdırma aparılır.
