METRODA NASAZLIQ: “HƏZİ ASLANOV”–”İÇƏRİŞƏHƏR” İSTİQAMƏTİNDƏ QATARLARIN HƏRƏKƏTİ DAYANDI
Bu gün səhər saatlarından etibarən “Həzi Aslanov”–”İçərişəhər” istiqamətində hərəkət edən qatarların hərəkəti dayanmışdı.
”Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb və qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddətdə Yaşıl və Bənövşəyi xətlərdə qatarların hərəkəti qrafikə uyğun davam edib.
QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.
