MİNGƏÇEVİRDƏ YAŞAYIŞ BİNASINDA YANĞIN BAŞ VERİB
Mingəçevir şəhərində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verib.Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə və mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Nəticədə liftin şaxtası boyu elektrik kabeli yanıb.Mənzillər yanğından mühafizə edilib.Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
