NEPALDA DAŞQINDA ÖLƏNLƏRİN SAYI 75-Nİ ÖTÜB
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 750-ni ötüb.
3 mindən çox insan itkin düşüb.
İtkinlər arasında Nepal, Hindistan, ABŞ, Latviya və Böyük Britaniya vətəndaşları üstünlük təşkil edir.
Nepalda hidroelektrik stansiyanın tunelində 100-dən çox işçinin köməksiz qaldığı ehtimal edilir.Xilasedicilər tunelə hava çatdırmaq üçün boru yerləşdiriblər.
Bununla yanaşı, Bhotekoshi çayında suyun səviyyəsinin yenidən yüksəlməsi yeni daşqın təhlükəsi yaradıb. Ərazidə əlavə torpaq sürüşmələri və buzlaq göllərinin yaranması ehtimalı da var.
Mütəxəssislərə görə, fəlakət Himalaylarda buzlaqların əriməsi ilə bağlı təhlükələrin artdığını göstərir. Ərazidə axtarış-xilasetmə işləri davam edir. Çin bölgəyə 2 mindən çox xilasedici göndərib.
