POLAD HƏŞİMOVUN ANASININ SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏ VAR
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. Bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:”Anamın səhhətində yaranan problemlər o həddə çatdı ki, onu xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi problemlər yaranıb. Hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Səhhətində müəyyən irəliləyiş var”.
