PREZİDENTİN QIRĞIZISTAN İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATIB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola saldı.
