QADINI CİNSİ ZORAKILIĞA MƏRUZ QOYUB, 17 MİN MANATINI ŞANTAJLA ALDILAR
Paytaxtda qadına qarşı ağır cinayət törədən şəxs polis tərəfindən saxlanılıb.
Paytaxt sakini hüquq-mühafizə orqanlarına müraciət edərək ağır cinayətlə üzləşdiyini bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal rayon sakini olan G.H. (ad və soyad şərtidir) polisə müraciət edərək Babayev Araz Ayaz oğlunun ona qarşı cinsi zorakılıq etdiyini bəyan edib. Zərərçəkənin sözlərinə görə, həmin şəxs bundan sonra onu müxtəlif yollarla şantaj edərək ümumilikdə 17.000 manat pulunu hədə-qorxu ilə ələ keçirib.
Müraciətdən dərhal sonra polis əməkdaşlarının keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Babayev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
