QAZAXDA EVDƏ PARTLAYIŞ OLUB: XƏSARƏT ALAN VAR
Qazax rayonunda partlayış olub.
Hadisə şəhər ərazisindəki mənzillərin birinin hamam otağında baş verib.
Hamamda qızdırıcı sistemdə qazsızmadan partlayış olub. Hadisə nəticəsində ev sahibi, 1990-cı ilə təvəllüdlü Məmməd Məmmədov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
