SABİRABADDA “CİP” 70 YAŞLI QADINI VURUB ÖLDÜRDÜ
Sabirabadda avtomobil qadını vurub.
Hadisə axşam saatlarında Qalağayın kəndi ərazisində qeydə alınıb.
“Toyota Prado” markalı avtomobil yolu keçməyə çalışan 70 yaşlı Püstəxanım Hüseynovanı vurub. Nəticədə qadın ağır xəsarətlər alıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
